Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.
Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.
- İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi
- Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video
- İran səfirinin iddialarını rədd edirik - XİN
- Yekaterinqburq hadisəsinin detalları açıqlandı
- Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı
- Rəsmi Bakıdan Rusiyaya tələb: azərbaycanlıların qətli...
- Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video
- "Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video