Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.
Qurumdan BUTA.TV-a bildirilib ki, iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən, Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Ağdam, Göyçay, Zərdab, Tərtərdə 20 m/s, Yevlax, Gəncədə 18 m/s, Beyləqanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu