Rusiya həbsxanalarında məhkumların sayı tarixi minimuma çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi sədrinin birinci müavini İrina Pankina deyib.
O bildirib ki, 2023-cü il fevralın 1-nə olan məlumata görə, həbsxanalarda 400 minə yaxın insan var.
“Bu, tarixi minimumdur”, - Pankina bildirib.
Qeyd edək ki, Rusiyada məhkumların sayının kəskin azalmasının səbəblərindən biri kimi “Vaqner” şirkətinin onlardan istifadəsi göstərilir. Belə ki, məhkumlara “Vaqner”in tərkibində Ukraynada döyüşməyə razı olduqları halda azadlıq vəd edilib və onlar kütləvi şəkildə “Vaqner”ə qoşulublar.
İyun ayında “Vaqner”in rəhbəri Yevgeni Priqojin 32 min məhbusun döyüş bölgəsindən qayıtdığını və onların əfv edildiyini bildirmişdi.
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar