Modernləşdirilmiş F-16 qırıcılarının Türkiyədə olması ABŞ və NATO-nun maraqlarına uyğundur.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz nə istəyirik? NATO üzvlərinin Alyansı güclü etmək üçün lazım olan texnologiyaya sahib olmasına əmin olmaq”, - o bildirib.
O, Ankaranın F-16-ların tədarükü ilə bağlı Konqresin hər iki palatasının ayrı-ayrı üzvlərinin etirazlarının necə aradan qaldırılacağına da münasibət bildirib:
“İsveçin NATO-ya müraciəti və Türkiyə üçün F-16-ların tədarükü həmişə ayrı-ayrı məsələlər kimi nəzərdən keçirilir. Burada vacibdir ki, NATO üzvləri birgə və əlaqəli şəkildə hərəkət etsin. Türkiyənin bu texnologiyalara sahib olması vacibdir”.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü