Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunda ermənilər arasında dava düşüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, davaya səbəb “Hayakve” imzatoplama kampaniyası olub.
Kampaniyanın təşkilatçıları Xocavənddəki ermənilərdən imza toplamaq istəyəndə, digər ermənilər tərəfindən hücuma məruz qalıblar. Ermənistan mediasının məlumatına görə, 10-12 nəfər kampaniyanın iştirakçılarına hücum edib, kağızlarını cırıblar, həmçinin, imza atanları da döyüblər.
Qeyd edək ki, “Hayakve” kampaniyası Ermənistan müxalifəti tərəfindən başladılıb. Məqsəd Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət məsuliyyətinə cəlb edilməsini qanuniləşdirməkdir. Ermənistanın 50 min vətəndaşının imzası toplanarsa, məsələ parlamentin gündəliyinə salınacaq.
Qanunverici orqan layihəni tanımasa, referenduma çıxarılması üçün 300 min imza toplanmalıdır. Bu plan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı qurulub, buna görə hakimiyyət kampaniyanın əleyhinə çıxır. Ermənistanın müxtəlif bölgələrində kampaniyanın təmsilçiləri hücuma məruz qalır. Burada diqqətçəkən əsas məqamlardan biri də Qarabağdakı ermənilər arasında da imzaların toplanmasıdır. Bu təsdiq edir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin əksəriyyəti hələ də Ermənistan vətəndaşlığını daşıyır.
- Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video
- İran səfirinin iddialarını rədd edirik - XİN
- Yekaterinqburq hadisəsinin detalları açıqlandı
- Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı
- Rəsmi Bakıdan Rusiyaya tələb: azərbaycanlıların qətli...
- Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video
- "Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video
- Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili