Rusiya gömrüyü ölkəyə “boz” və paralel idxalın bir hissəsi kimi daxil olan avtomobillərin rəsmiləşdirilməsi zamanı dəyərlərinin aşağı göstərilməsi hallarını qeydə alıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Qəzetə danışan rəsmi əksər hallarda problemin Ermənistandan Rusiyaya xarici avtomobillərin tədarükü ilə bağlı olduğunu bildirib:
“Bəyannamənin aparıldığı ölkələrin gömrük idarələri tərəfindən qiymətlərlə manipulyasiya faktlarının müəyyən edilməsi malların dövriyyəyə buraxılmasından sonra baş verir. Aldatmağa cəhd edənlər cəzalandırılacaqlar, çünki məlumatların qeyri-dəqiqliyinə görə deklarant məsuliyyət daşıyır. Bütün ödənilməli gömrük ödənişləri avtomobillərin gömrük rəsmiləşdirilməsinin aparıldığı Aİİ dövlətlərində tam həcmdə bəyannaməçidən alınacaq”.
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu