Ermənistan ordusunun daha bir əsgəri yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Bildirilib ki, bu gün saat 12:10 radələrində Dığ kəndi ərazisində N.T inisiallı erməni əsgər güllə yarası alıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bundan əvvəl Ermənistan MN daha bir əsgərinin yaralandığını bildirmişdi.
Qeyd edək ki, Azərbaycan MN bu gün saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu haqda məlumat yayıb. Ordumuz cavab tədbirləri görüb.
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu