BMT Quranla bağlı qətnamə qəbul etdi

16:58 - 12 İyul 2023 - GÜNDƏM

 BMT Quranla bağlı qətnamə qəbul etdi

BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib.

BUTA.TV xəbər verir ki, sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən aktlar pislənilir və qəti şəkildə rədd edilir.

Qeyd edək ki, BMT-də İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyasında səsvermə keçirilib. 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol