Kommunikasiyaların açılması Ermənistanın Rusiyadan asılılığını azaldacaq ki, bu da Azərbaycanın xeyrinə olacaq.
BUTA.TV xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın da xeyrinə olacaq.
O, əmindir ki, Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü olacaq.
Uorlik əmin olduğunu bildirib ki, vaxt gələcək Türkiyə ilə sərhədi açmaq mümkün olacaq və bu, Ermənistana böyük fayda verəcək:
"Buna nail olmaq asan deyil, lakin bu məsələ gündəmdə olmalıdır. Kommunikasiyaların bərpası son dərəcə vacibdir və Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaldacaq. Azərbaycan da bundan faydalanacaq. İstənilən irəliləyişin Qarabağ probleminin qərəzsiz həllinə əsaslanması vacibdir ki, bu da regionun layiq olduğu bir çox digər müsbət hadisələrə qapı açacaqdır".
ABŞ-ın Cənubi Qafqazda həyati maraqları varmı, yoxsa region əsasən Rusiya və İranın təsiri ilə vacibdirmi sualına cavabında Uorlik qeyd edib ki, Vaşinqtonun həmişə regionda maraqları olub:
"Təbii ki, bunlara Azərbaycanın enerji sektorunda maraqlar da əlavə olundu, lakin bununla məhdudlaşmır. Biz Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıyıq, bizim Ermənistanla çox şəxsi və mədəni əlaqələrimiz var. ABŞ-ın Ermənistan və Qarabağla çox yaxın əlaqələri olan böyük bir erməni-amerikan icması var ki, bu da ABŞ üçün vacibdir. Terrorla mübarizədə də ümumi məqsədlərimiz var".
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video