Bugünkü görüşümüz həm mənim, həm də Prezident Ərdoğanın türk-yunan əlaqələrinə yenidən başlaması ilə bağlı niyyətimizi və qarşıdakı zamanda necə bir yol xəritəsi ilə hərəkət edəcəyimizi ortaya qoydu.
BUTA.TV xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra mediaya açıqlamasında deyib.
O bildirib ki, Ərdoğanla Salonikidə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində yenidən görüş təşkil olunması barədə razılığa gəlinib:
“Bu, Türkiyə ilə aramızda olan problemlərin sehirli şəkildə həll olunması anlamına gəlmir. Lakin hər iki liderin müsbət baxış bucağı ilə təkrar yaxınlaşma istəyi göstərdiyinə inanıram və bugünkü görüşün ən önəmli nəticəsi budur”.
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!