Yelisey sarayına kəsilmiş insan barmağının olduğu məktub göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Valeurs Actuelles” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində alıb:
“Bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi olan şəxs artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüat verilmir”.
Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?
- Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video
- Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?
- Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor
- AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət
- İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi
- Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video