Yelisey sarayına kəsilmiş insan barmağının olduğu məktub göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Valeurs Actuelles” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində alıb:
“Bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi olan şəxs artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüat verilmir”.
Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi