Pakistan hökuməti istefa verir

15:02 - 13 İyul 2023 - GÜNDƏM

 Pakistan hökuməti istefa verir

Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın (parlamentin aşağı palatası) səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.

BUTA.TV xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.

“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək, bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - Ş.Şərif əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol