“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sənəd qəbulu həyata keçirilir.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, Fərmana müvafiq olaraq, 1 iyun 2023-cü il tarixinədək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığı baxımından müayinə edilməsi, müayinələrin nəticəsinə dair istismara hazır olması barədə rəylərin tərtib edilməsi və bu rəylər əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi nəzərdə tutulur.
Bu məqsədlə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı, Gəncə, Xaçmaz, Yevlax, Salyan, Lənkəran və Qəbələ şəhərlərində Fərmanın icrası ilə bağlı sənəd qəbulu aparılır. Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisi (sahibi) və ya onun qanuni nümayəndəsi tərəfindən şəxsən təqdim edilməlidir.
Ərizə forması, tələb olunan sənədlər, sənəd qəbulu aparılan ünvanlar və digər müvafiq məlumatları bu linkə daxil olmaqla əldə etmək mümkündür.
Qeyd edək ki, sənədlərin qəbulu 1 yanvar 2025-ci il tarixinədək davam edəcək.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video