Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
BUTA.TV-ın xəbərinə görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb.
Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi rayon Məhkəməsinə göndərilib”, - o, əlavə edib.
- Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir
- Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi
- Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı
- Azərbaycan Pakistana başsağlığı verdi
- Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN
- Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?