Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı

21:26 - 13 İyul 2023 - GÜNDƏM

 Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.

BUTA.TV xəbər verir ki, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.

Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Fatimənin xalası oğlu Batumidə tutuldu - Video

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol