Güneyin “Nabat”ı Türkiyədə festivala hazırlaşır

23:44 - 13 İyul 2023 - GÜNDƏM

 Güneyin “Nabat”ı Türkiyədə festivala hazırlaşır

“Nabat” qrupu sentyabr ayının 23-də Türkiyədə keçiriləcək Güney Azərbaycan Mədəniyyət və Sənət Festivalına hazırlaşır. Qrupumuz “Təbriz gecəsi” səhnəsində yer alacaq.

Bu sözləri Kult.az-a “Nabat” qrupunun solisti Sara Mahmudpur qrupun Türkiyədə baş tutacaq konsert proqramı haqqında danışarkən deyib.

O bildirib ki, festivala az vaxt qaldığı üçün intensiv olaraq məşq və hazırlıq işləri görürlər:

“İlk dəfədir Türkiyədə çıxış edəcəyik. Ümumiyyətlə, qrupumuzun xaricə ilk səfəridir. Həyəcanlıyıq, hər gün məşq edirik, geyim seçirik. Əsas repertuarımızdır, onu da hazırlamışıq. Təbriz mahnıları oxuyacağıq. Çünki Türkiyədə bu mahnıları sevirlər, O taydan (Azərbaycan Respublikasından) olan mahnılarımız da var. Bizdən savayı, Təbrizdən başqa qruplar da festivala dəvət alıb. Onlarla mahnılarımız eyni olmasın deyə, bir-birimizlə təmas yaradırıq. Proqramı razılaşdırırıq ki, problem olmasın, türkiyəli tamaşaçılar qarşısında yüksək səviyyədə çıxış edək. Təbrizdən qadın qrupu olaraq biz gedirik. Çalışırıq ki, hamımız iştirak edək. Bizə maddi məsələlərə görə 4 nəfərin gedə biləcəyini dedilər, lakin beşimiz də getmək istəyirik”.

Sara Mahmudpur “Nabat” qrupunun yeni heyətindən də söz açıb:

“Qrupumuz Novruz bayramından sonra təzədən formalaşdı. İnsanlar yeni qrupumuzu çox bəyənir. Kliplərimiz, mahnılarımız haqqında xoş sözlər eşidirik. Son klipimizi milyonlarla insan izləmişdi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol