Bu “aksiyada” erməni siyasi rəhbərliyinin, o cümlədən Nikol Paşinyanın da barmağının olduğunu istisna etmirəm. Bu proses düşünülmüş addımdır və ümumiyyətlə sülhyaratma prosesini əngəlləmək məqsədi güdür.
Bu sözləri BUTA.TV-a açıqlamasında professor Qabil Hüseynli Xankəndidə baş verən aksiyaya münasibət bildirərkən deyib.
Professor qeyd edib ki, bütün diqqət hazırda Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Paşinyanla görüşünə cəmlənib:
“Burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində ciddi bir irəliləyiş olacağı ehtimalı var. Ona görə Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində baş verənlərin Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilməsi ehtimalı yüksəkdir. Nikol Paşinyan Qarabağ ermənilərinin “haqları və təhlükəsizliyi” məsələsini yenidən Brüsseldə gündəmə gətirmək üçün bölgədə baş verən “kütləvi tədbirlərə” istinad etməyə çalışacaq”.
Ekspertin fikrincə, proseslərdə Rusiyanın rolu da şübhəsizdir:
“Proseslərdə Rusiyanın rolunu da qabartmaq lazımdır. Rusiyanın emissarı olan Ruben Vardanyan hətta mitinqçiləri Azərbaycana qarşı silahlı müqavimətə çağırıb. Belə görünür ki, Rusiya yenidən ölkədə sabitliyi pozmağa və sülhyaratma ilə bağlı Avropa Birliyinin apardığı prosesləri əngəlləməyə çalışır. Amma ermənilər də, ruslar da başa düşməlidir ki, 1988-ci ildə başlatdıqları proses indi qətiyyən özünü doğrulda bilməz. Bilməlidilər ki, güclü Azərbaycan dövləti var”.
Qabil Hüseynli qeyd edib ki, Azərbaycan ərazilərində qayda-qanun yaratmaq üçün antiterror əməliyyatına da başlaya bilər.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video