Moqadişoda partlayış: ölənlər var

01:32 - 15 İyul 2023 - GÜNDƏM

 Moqadişoda partlayış: ölənlər var

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında yerli hüquq-mühafizə orqanının keçmiş yüksək rütbəli əməkdaşının da olduğu bildirilir.

Hadisə yerinə polis qüvvələri cəlb olunub, araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol