Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçirdikləri tədbirlərlə sutkanın qaranlıq vaxtında özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan rayon sakini Ruslan Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Goranboy rayonunun mərkəzi küçələrində hərəkətdə olan BMV markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb. Sürücü sərxoşluq müayinəsindən keçən zaman onun spirtli içkinin təsiri altında avtomobil idarə etməsi məlum olub.
R.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar