Osmaniyə və Qəhrəmanmaraşda meşə yanır

14:58 - 15 İyul 2023 - GÜNDƏM

 Osmaniyə və Qəhrəmanmaraşda meşə yanır

Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

BUTA.TV xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

Bu gün günorta saatlarında, həmçinin, Qəhrəmanmaraşın Dulqədiroğlu rayonunda da meşə yanğını başlayıb. Yanğınsöndürənlər alovlara havadan və yerdən müdaxilə edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol