"Sabah" Almaniya komandasına böyük hesabla uduzdu

19:56 - 15 İyul 2023 - GÜNDƏM

Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.

BUTA.TV xəbər verir ki, Bakı təmsilçisi Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşıb.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçirilən görüş Almaniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın heyətində Coy Lens Mikels fərqlənib.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol