NATO sammitində bildirilib ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində olduğu müddətdə NATO-ya üzv ola bilməz, onlar Üçüncü Dünya müharibəsinə yol verə bilməyəcəklərini deyiblər.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili yerli mediaya açıqlamasında deyib.
“Biz Qərb liderlərinin birbaşa bəyanatlarını eşitmişik ki, Ukrayna NATO-ya üzv olmağa hazır deyil və s. Daha davam etmək istəmirəm”, - o qeyd edib.
Qaribaşvili bildirib ki, Gürcüstan lazımsız gözləntilər olmaması üçün strateji səbir siyasəti aparır:
“Dostlar, söhbət bizdən on dəfə böyük, əhalisi 40 milyon, ərazi baxımından Avropanın ən böyük ölkəsindən gedir – NATO Ukraynanın üzv olması üçün təsirli addımlar ata bilmir. Biz, Gürcüstan, ilk növbədə özümüz haqda düşünməliyik və bu nümunə bizə dərs olmalıdır. Buna görə biz strateji səbir siyasəti seçmişik ki, lazımsız gözlənti olmasın; biz gərək milli hədəfimizi ardıcıl izləyək və tədricən ölkəmizi AB və NATO-ya yaxınlaşdıraq ki, nəticədə vaxtı gələndə AB və NATO üzvü ola bilək. Bu bizim əsas vəzifəmizdir”.
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar