Cəbrayılda qəza: piyada vuruldu

11:20 - 16 İyul 2023 - GÜNDƏM

 Cəbrayılda qəza: piyada vuruldu

Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

BUTA.TV xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubişi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndinin 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol