Sabahın havası: leysan, sulu qar...

13:44 - 16 İyul 2023 - GÜNDƏM

 Sabahın havası: leysan, sulu qar...

Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən xəbərə görə, bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

İyulun 17-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycanın rayonlarında iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 ms/, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol