AB Türkiyə ilə bağlı addım atmaq niyyətində deyil

10:18 - 17 İyul 2023 - GÜNDƏM

 AB Türkiyə ilə bağlı addım atmaq niyyətində deyil

AB Türkiyənin üzvlük prosesini irəli aparmaq üçün heç bir addım atmaq niyyətində olmadığını gizlətmir, indi hər şey Ankaranın siyasətindən asılıdır.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

“Türkiyə AB üzvlüyünün strateji məqsəd olduğunu bəyan etməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Türkiyə Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər. Ankaranın NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Türkiyə ilə AB arasında uzun müddətdir “donan” münasibətlərin canlandırılması ilə bağlı müzakirələri gücləndirib. Bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar cümə axşamı AB xarici işlər nazirlərinin görüşündə veriləcək”, - məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol