Bu gün Ərdoğanın 3 ölkəyə səfəri başlayır

13:44 - 17 İyul 2023 - GÜNDƏM

 Bu gün Ərdoğanın 3 ölkəyə səfəri başlayır

İyulun 17-20-də Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə rəsmi səfər edəcək.

BUTA.TV xəbər verir ki, Türkiyə prezidenti bu ölkələrin başçıları ilə ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələləri müzakirə edəcək.

Həmçinin, ilk növbədə iqtisadiyyat və investisiyalar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd olunur ki, iyulun 17-dən Ərdoğanın üç günlük turu BƏƏ-yə səfərlə başlayacaq. Daha sonra Türkiyə rəhbəri Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol