Millət vəkilindən sensasiya: İH-lər, NK ləğv edilir

13:46 - 17 İyul 2023 - GÜNDƏM

 Millət vəkilindən sensasiya: İH-lər, NK ləğv edilir

Payızda Azərbaycanda referendum keçirilməsi gözlənilir. Referendumla İcra Hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli bildirib.

O, daha sonra baş verəcəkləri belə proqnozlaşdırıb:

“- Seçki sistemində önəmli dəyişikliyin olacağı - proporsional seçkinin bərpası gözlənilir.

- Parlamentin ikipalatalı ola biləcəyi istisna olunmur. Belə parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır.

- Digər gözlənti Nazirlər Kabinetinin ləğv oluna biləcəyi ilə bağlıdır:

Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentindir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)”.

Yenilənəcək...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol