Rusiya bu məhsulu pulsuz göndərməyə hazırdır

17:20 - 18 İyul 2023 - GÜNDƏM

 Rusiya bu məhsulu pulsuz göndərməyə hazırdır

Rusiya taxıl sazişindən çıxdıqdan sonra belə ehtiyacı olan ölkələr üçün Ukrayna taxılının tədarükünü pulsuz əvəz etməyə hazırdır.

BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Təəssüf ki, taxıl sazişindən ən az payı Afrikanın kasıb ölkələri götürüb. Və təbii ki, Rusiya burada öz mövqeyini qoruyur, biz afrikalı tərəfdaşlarımızla əlaqə saxlayırıq”, - o bildirib.

Peskov qeyd edib ki, Rusiya-Afrika forumunda Rusiya taxılının Afrikanın yoxsul ölkələrinə tədarükü ilə bağlı təmaslar davam etdiriləcək. Forum iyulun 27-28-də Sankt-Peterburqda keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol