ABŞ-ın Ukraynaya yeni yardım paketinə nələr daxildir?

23:34 - 19 İyul 2023 - GÜNDƏM

 ABŞ-ın Ukraynaya yeni yardım paketinə nələr daxildir?

ABŞ Ukraynaya təxminən 1,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi təqdim edib.

BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, paketə dörd NASAMS zenit-raket kompleksi, 152 mm-lik artilleriya mərmiləri, dəqiq idarə olunan aviasiya sursatları, “Phoenix Ghost” və “Switchblade” PUA-ları daxil ediləcək.

Həmçinin yardım paketinə minatəmizləmə avadanlığı, 150 yanacaq daşıyan maşın, yedəkləmə və daşımaq üçün 115 taktiki maşın, elektron müharibə avadanlığı və taktiki təhlükəsiz rabitə sistemlərini Kiyevə təhvil verəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Qeyd edək ki, ötən gün ABŞ rəsmiləri Ukraynaya yeni hərbi yardımın açıqlanacağı barədə məlumat vermişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol