Dinin yeganə mənbəyi, qaynağı Qurandır. Kitabımızda mərsiyə oxunması və musiqinin haram olması ilə bağlı fikirlər yoxdur.
Bu sözləri BUTA.TV-a tanınmış ilahiyyatçı Elşad Miri Aşura günü Azərbaycan məscidlərinin birində ömrü boyu dini xurafatla mübarizə aparan Üzeyir Hacıbəylinin musiqisi ilə mərsiyə oxunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, istehza doğuran belə halların baş verməsinə səbəb insanların dinlə bağlı yanlış təsəvvürləridir:
“Mərsiyədə kimin hansı avazda oxuması, bəstəkar mahnısından istifadə edilməməsinin düzgün olub-olmaması ilə bağlı müzakirənin özü əbəsdir. Bunun islam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İslam adı altında paralel bir din formalaşdırıblar. Bu icra etdiklərini də ona uyğunlaşdırıblar.
Bunun günahı hər birimizdə var. Biz fərqli, altenativ düşüncələri rədd edərək, məsxərəyə qoymuşuq. Bütün baş verənlər özümüzü aşağı görməyimizin nəticəsidir. Nəticədə mövhumat, xurafat bu həddə çatıb”.
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM