Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərinə göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan “xeyriyyə aksiyasına” başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, R.Vardanyanın “Qarabağın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı “ictimai hərəkatı” bugündən sosial yeməkxanalar açır. Orada hamilə qadınlar, 16 yaşa qədər olan uşaqlar və 65 yaşdan yuxarı insanlara gündə bir dəfə pulsuz yemək veriləcək.
Vardanyanın ofisindən bildirilib ki, “sosial yeməkxana” xeyriyyə proqramı “qida ilə bağlı çətinlikləri” yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyacı olan soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”.
Maraqlıdır ki, bu təşəbbüsə qarşı elə erməni icması özü çıxış edib. Onlar bildiriblər ki, əgər qida çatışmazlığı varsa, Vardanyanın ofisi bu qidanı hardan əldə etdiyini açıqlasın:
“Yaxşı olardı ki, o qidalar mağazalara aparılsın və satışa çıxarılsın”.
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı