"Allah Nicatın köməyi olsun, qəzadan görüntüləri gördüyüm zaman çox pis oldum.
Ümumiyyətlə, insanlar bu tip qəzalar, bədbəxt hadisələrlə bağlı görüntüləri görürlərsə, ilk növbədə informativ stress keçirirlər.
Təbii ki, söhbət başqalarının acısını duya biləcək insanlardan gedir. Amma təəssüf ki, biz bəzən sosial şəbəkələrdə belə görüntülərin altına şərh yazanları gördükdə təəccübümüzü gizlədə bilmirik. İnsanların baxış bucağı fərqlidir..." Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Aytən Ələkbərova deyib. “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşməsi xəbəri haqda danışan psixoloq sosial şəbəkələrdə insanların hadisəyə verdikləri reaksiyaları psixoloji analiz edib. O, bu gün insanların qəddarlaşdığını bildirərək bunun səbəblərini açıqlayıb:
"İnsanlar qəddarlaşıblar və onların qəddarlığının bir neçə psixoloji səbəbi var.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Məsələn, illər əvvəl "GTA" adlı oyun dəbdə idi, demək olar ki, hər kəs bu oyunu oynayırdı, həmin oyunda bir maşını əldə etmək üçün başqasını maşından zorla çıxarırdılar, döyürdülər, hətta oyunda polis belə onları yaxalaya bilmirdi. Bu oyunu oynayan zaman yeniyetmələrdə həkkolunma dövrü olur. Bu zaman insanların beyninə, altşüura gördükləri təsir edir. Həmin təsirlər şüuraltında qalır, şəxslər böyüsə belə bunun fəsadları qalır.
İnsanlar düşünür ki, hər hansı şəxs tiktokerdirsə, heç nə etmədən pul qazanır, pulu əziyyətlə qazanmır. Xeyr, bu, belə deyil, sadəcə insanlara işin asan tərəfi göstərilir. Kiçik bir şeyi əldə etmək üçün ona müəyyən vaxt sərf edirsən, beyin düşünür və onu ərsəyə gətirir. İnsanların düşüncəsi bir-birindən çox fərqlidir, ona görə qəza görüntülərinə bəzisi "Allah kömək olsun" deyir, bəzisi isə lənət oxuyur. İnsan özündə paxıllıq hissini dəf etməyi bacarmalıdır. Bəzən deyirlər mənim psixoloqa ehtiyacım yoxdur, lakin qəzaya düşən, qolu qopan bir şəxs üçün bu cür lənət dolu şərh yazanların həqiqətən psixoloqa ehtiyacı var. Çünki onlar həkkolmada, veribal öyrənmədə çətinlik çəkən insanlar olublar. Ona görə bir insanın acısına qəddarlıqla yanaşırlar".
A.Ələkbərova qeyd edib ki, həyatda uğur qazanmayan şəxslər sosial şəbəkələrdə məşhurlaşanları, gəlir əldə edənləri qəbul edə bilmirlər:
"Bir müddət öncə "Baboş" ləqəbli tiktoker tutuldu. Bəzisi ona üzülürdü, bəzisi isə deyirdi "heç qapısı açılmasın". İnsanları olduğu kimi qəbul etmək lazımdır. Belə bir qəza Quba-Bakı yolunda da baş vermişdi, polis maşını tıra çırpılmışdı. Həmin vaxt da insanlar polislərə olmazın sözlər yazmışdılar. Şərhləri oxuduqca insanların acımasızlığına məəttəl qalırdım.
Nikonun hansı əziyyətlə nəyi əldə edəcəyi öz düşüncəsinin məhsuludur. O, düşüncəsinin məhsulunu qazandığı halda, haqqında pis, təhqir dolu sözlər demək lazım deyil. Belə insanlar həyatda uğursuz insanlardır, özü heç bir şey əldə edə bilmədiyi halda, başqalarına təhqirlər yağdırır. Özünün heç bir düşüncə məhsulu olmayanlar bu gün Niko kimiləri qəbul edə bilmir. Biri var qibtə, biri var paxıllıq. Paxıllıq bir mərəzdir, insanı içindən yeyir.
Bu gün icazə verilsə, bir psixoloq olaraq Nikonun daim yanındayam".
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi