“Vaqner”in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prezidenti Vladimir Putinin göstərişi olmadan baş verə bilməzdi. Bu, onu göstərir ki, Putinlə danışıqların mənası yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.
“Putin özünü qanqster kimi göstərdi və onun vaqnerçilərə televiziya vasitəsilə verdiyi absurd başsağlığı sadəcə olaraq “Xaç atası” filminin səhnəsindən götürülüb.
Bu qətllərlə Putin gözümüzün qabağında Asiya despotuna çevrilir, o, burada kimin ağa olduğunu göstərmək üçün keçmiş sevimli kadrını öldürdü”, - Conson köşə yazısında qeyd edib.
O bildirib ki, Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq:
“Putin qalib gəlsə, bu, “Qərbə etibar etmək olmaz” deyənlər üçün bəhanə olardı”.
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib
- "Qarabağ" cavab oyununa çıxır