Əliyev Laçında bəyan edib ki, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Laçın dəhlizinin ləğv edilməsi və postun qurulması həqiqətən də azad olunan torpaqlar qədər əhəmiyyətlidir. 44 günlük müharibə birinci mərhələ, Laçın dəhlizinin ləğv edilməsi və sərhədlərin bərpası ikinci mərhələ idi. Xankəndi, Xocalı və Xocavənd siyasi və hüquqi olaraq həll edilib, indi sonuncu - bu ərazilərdə mərkəzi hakimiyyətin bərpası mərhələsi başlayır. Ağdam maşrutunun açılması - ki bunun alternativi yoxdur - bu istiqamətdə həlledici addımlardan olacaq”, - o bildirib.
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib
- "Qarabağ" cavab oyununa çıxır