İtaliyada İsrail və Liviya xarici işlər nazirlərinin tarixdə ilk görüşü keçirilib, tərəflər ölkələr arasında əməkdaşlıq imkanlarını və Liviya yəhudilərinin irsinin qorunmasını müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş olub. Xarici işlər naziri Eli Koen İtaliyada Liviyanın xarici işlər naziri Nəclə Məhəmməd əl-Manquş ilə görüşüb. Bu, ölkələr arasında əməkdaşlıq və əlaqələrin imkanlarını araşdırmaq, Liviya yəhudilərinin irsini qorumaq məqsədilə iki ölkənin xarici işlər nazirlərinin ilk görüşüdür”, - məlumatda deyilir.
Qeyd edək ki, Liviya ilə İsrail arasında heç vaxt diplomatik əlaqələr olmayıb.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı