Qazax rayonun Damcılı mağarasında yapon alimləri qədim daş dövrünə aid əmək alətlətləri aşkarlayıblar.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağara düşərgəsinin ərazisində arxeoloji qazıntılar yekunlaşıb. 2015-ci ildən indiyədək Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri tərəfindən aparılan qazıntılar zamanı ərazidən orta poleolit, mezolit, neolit, eneolit, tunc və son orta əsrlər dövrünə aid mədəni təbəqələr aşkarlanıb. Sonuncu qazıntılar zamanı da tapılan əşyalar mezolit və neolit dövrü arasındakı keçid dövrünə aid olan eksponatlardır.
Bununla da neolit dövründəki kənd təsərrüfatları vərdişlərinin tədqiqlərinə əsaslar yaranıb. Tədqiqatlar zamanı bəlli olub ki, eramızdan əvvəl 6 min əvvəl burada neolit mədəniyyəti keçid dövrünü yaşayıb.
Bu səbədən də Damcılı mağara düşərgəsinin ərazisində qazıntılar gələcəkdə də davam etdiriləcək. Artıq üç tərəfli memaranduma əsasən yenidən ərazidə arxeoloji qazıntılar davam etdiriləcək.
Tapılan maddi mədəniyyət nümunələrinin daha dəqiq tədqiqi üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib. Həmçinin eksponatların bir qismi qoruğun ərazisində sərgidə nümayiş olunur.
Onu da deyək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezeolit təbəqəsi qeydə alınıb.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı