Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu Əhməd Obalı bir neçə ay fasilədən sonra ilk dəfə efirə çıxıb.
BUTA.TV xəbər verir ki, avqustun 27-si, Bakı vaxtı ilə 21:00-da Günaz TV-nin canlı efirinə qoşulan Obalı vəziyyətindən və bir sıra gündəm məsələlərdən danışıb.
O, səhhəti ilə maraqlananlara təşəkkürünü bildirib, müalicəsinin davam etdiyini, həyatına edilən sui-qəsdlə bağlı polis araşdırmalarının hələ də davam etdiyini söyləyib.
Obalı barəsində yayılan şayiələri dedi-qodu adlandıraraq, Şərq dünyasına xas olan hərəkət kimi qiymətləndirib:
“Bunlara əhəmiyyət vermirəm. Hələlik səhhətimdəki problemlərlə bağlı müalicə olunuram, yaxın gələcəkdə səsim daha da güclənəcək və işimizi daha yüksək ruhla qabağa aparacağıq. Tam sağlam vəziyyətdə həmvətənlərimin yanında, qarşısında olacağam”, - Obalı qeyd edib.
GünazTV-nin rəhbəri son günlər bir sıra milli fəallara, xüsusən Abbas Lisaniyə qarşı təhdid və təxribatlara da münasibət bildirib:
“Bu, azərbaycançılıq ideologiyası ilə irançılıq ideologiyasının toqquşmasıdır. Belə təhdidlərin arxasında sadə ərdəbilli yox, başqa güclər dayanır”.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı mayın 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto
- Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi