Sergey Kiriyenkonun rəhbərlik etdiyi Rusiya Prezident Administrasiyasının siyasi blokunda 2024-cü il prezident seçkilərində Putinlə kimlərin yarışacağı müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Meduza” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, seçkidə Putindən başqa 3 parlament partiyası – Kommunist, Liberal Demokrat və Yeni Adamlar partiyaları iştirak edəcək:
“Kommunistlərin namizədi Gennadi Züqanov olacaq. Züqanov prezidentə tanışdır, partiya lideri kimi yüksək statusa malikdir, onun adı hər bir seçiciyə bəllidir”.
Nəşrin məlumatına görə, Kreml istəyir ki, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski olsun:
“Elə Slutski də seçkidə iştirak etmək niyyətindədir, çünki o, piarı, publika qarşısında görünməyi sevir. Slutski namizədliyə tam uyğundur, amma onun reytinqi çox aşağıdır, adi siyasətçidir”.
“Meduza” yazıb ki, Kremldə “Yeni Adamlar”dan namizəd isə partiyanın sədri, biznesmen Aleksey Neçayevin namizədliyi uyğun görülüb.
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...
- Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? - Video
- Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?
- Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır
- Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi
- Birbank-la bütün suallara cavab almağın qısa yolu var
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi