Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər regional və beynəlxalq siyasi vəziyyəti müzakirə ediblər.
"Avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenko xarici dövlətlərin liderləri ilə bir sıra telefon danışıqları aparıb. Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli gündəliyin aktual mövzuları, habelə regional və beynəlxalq vəziyyətin aktual məsələləri müzakirə olunub", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Lukaşenko Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə söhbətində əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlərdən danışıb. İki ölkə liderləri beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bundan əlavə, Belarus dövlətinin başçısı Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə də telefonla danışıb.
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı