Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçidə keçiriləcək görüşdə həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə TRT Haber-in məlumatında deyilir.
Gündəmin ən vacib məsələsinin taxıl dəhlizi olacağı qeyd edilir.
Danışıqlar zamanı Rusiya və Türkiyə prezidentlərinin bu məsələyə daha strateji nöqteyi-nəzərdən baxacağı güman edilir.
Putinlə Ərdoğanın görüşündə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.
Tərəflər həmçinin regional hadisələri, o cümlədən Ukrayna müharibəsini müzakirə edəcəklər.
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxacağı gözlənilir.
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi