Performansımız ürəkaçan olmadı, daha yaxşı olmalı idik.
BUTA.TV xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis “Dalğa Arena”da baş tutan qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib:
“3 xal qazandığımız üçün xoşbəştik. Bu kimi oyunlarda ikinci qolu vurub, oyunu “öldürmək” lazımdır. İkinci topu vurduqdan sonra rəqibin ümidləri ölür”.
Gənc çalışdırıcı Azərbaycan millisi barədə xoş sözlər işlədib: “Çox adama elə gəlirdi ki, rahat olacaq. Meydança da yaxşı vəziyyətdə deyildi. Rəqib də futbol oynayırdı, şanslar yaradırdı. Bir neçə epizodda çətinlik çəkdik. Renat Dadaşovun başla zərbəsin qapıçımız çətinlik çəkdi. Belə matçlarda qələbə qazanmaq vacibdir”.
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video
- Bakıda qeyri-adi kənd yumurtası... - Foto
- Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
- Masazır sakinlərinə şad xəbər - Sabahdan…
- Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto