Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi
- Baş nazir sərəncam imzaladı
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı - Fotolar
- Arzum qəza anından danışdı