Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb:
“Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”.
Ə.Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşmüşdür:
“Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilmişlər.
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...
- İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” oteli… - Foto
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq
- Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı
- "Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi
- Baş nazir sərəncam imzaladı
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri