Bu gün taleyi müəyyən edilmiş və itkin düşmüş şəxs statusunu itirmiş eyniləşdirilməsi mümkün olmuş şəhidlərin dəfn mərasimləri qanunvericiliyin tələblərinə və dini adət-ənənələrimizə uyğun olaraq yaxın zamanda təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, bununla bağlı şəhid ailələrinə əlavə məlumat veriləcəyini də bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb. Bunlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir: Seyfulla Veytulla oğlu Tahirov, Əbülfət Sabir oğlu Atamoğlanov, Təhsil Fikram oğlu Hacıyev, Vüqar Habil oğlu Əsədov, Əhməd Tahir oğlu Babaşov, Cahangir Məmi oğlu Xələfov, Cahid Şəfa oğlu Nağıyev, Elmar İnqilab oğlu Məmmədov, Veysəl Qasım oğlu Qasımov, Riad Fikrət oğlu Əhmədov.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video