Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X hesabında paylaşım edib.
“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video