Azarkeşlər sentyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda "Qarabağ" və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyuna gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir:
“Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
“Bir daha əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə DYP rəsmisi bildirib.
Qeyd edək ki, “Qarabağ” - “Molde” oyunu saat 20:45-də başlayacaq.
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu