Fransanın bu tələbi daha çox onun daxili siyasəti, orada yaşayan erməni lobbisi ilə əlaqədardır.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli siyasətçi, İran və Qafqaz üzrə siyasi şərhçi Kərim Əsgəri Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılması tələbinə münasibət bildirərkən deyib.
O bildirib ki, Paris Qarabağda Azərbaycanın yüksək səviyyədə və dəqiqliklə apardığı və artıq yekunlaşdırdığı antiterror tədbirlərindən sonra BMT TŞ-də hər hansı uğura nail olmayacaq:
“Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərində antiterror tədbiri keçirib. Bu baxımdan Fransanın hədəfinə çatan və mülki insanların heç bir zərər görmədiyi antiterror tədbirlərinə görə Bakıya təzyiq cəhdi nəticəsiz olacaq. Qarabağda heç bir ölkə tərəfindən tanınmayan, qondarma, separatçı və silahlı bir qurum vardı, indi artıq o da yoxdur və deməli, müzakirə ediləcək nəsə də qalmayıb”.
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?