Soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni idi və sizin şəxsi məqsədlərinizə xidmət etmək üçün yaradılmışdır.
BUTA.TV xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində Ermənistanın keçmiş və indiki hakimiyyətinə, Qarabağ separatçılarının keçmiş liderlərinə müraciət edərək yazıb.
“Əvvəlkilər, indikilər, ortalar, aşağılar, yuxarılar - hər şeyi diqqətlə dinləyin. Gedin birlikdə dua edin ki, Azərbaycan birdən-birə ermənilərin inteqrasiyasına başlamasın. Çünki birdən başlasa və Qarabağda ermənilərin rahat yaşaması üçün bütün şəraitin qorunub saxlanacağı üzə çıxsa, o zaman siz də bir dəstə olaraq “arxanızı” yuyub gözləməyə hazır olun. Bu halda aydın olacaq ki, ermənilərin Azərbaycanın tərkibində Qarabağda həmişə problemsiz yaşamaq imkanı olub. Bu o deməkdir ki, soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni olub, sizin öz məqsədlərinizə xidmət etmək üçün yaradılıb. Yəni, bu o demək olacaq ki, Qarabağın və Ermənistanın bu uzun işgəncələri, ölümləri ancaq sizin problemlərinizi həll etmək üçün olub. Biz hələ də əlaqə saxlayacağıq, uzağa getməyin”, - o bildirib.
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?