Azərbaycan Prezidentinin iştirakdan imtina etməsinə baxmayaraq, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Qranadada görüş keçirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri AB-nin yüksək səviyyəli nümayəndəsi Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə deyib.
“Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü mövcud vəziyyəti müzakirə etmək, AB-nin nə edə biləcəyini anlamaq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək işlərin perspektivlərini qiymətləndirmək üçün keçiriləcək. Tərəflər AB-nin Ermənistan gündəmini inkişaf etdirmək və dərinləşdirmək üçün əməli tədbirləri müzakirə edəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, tərəflərdən birinin iştirak etmədiyi bu görüşün keçirilməsinin məntiqi aydın deyil. Belə çıxır ki, məqsəd yalnız Ermənistana dəstək verməkdir ki, bunu da Fransa dayanmadan icra edir.
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib